66 çoxmərtəbəli binaya təbii qaz verilib


17:17     05 Fevral 2018 1435079657_qaz.jpg

Yanvar ayında 66 çoxmərtəbəli binaya təbii qaz verilib.


“Azəriqaz” İstehsalat Birliyindən Femida.az-a verilən məlumata görə, birlik çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, “Azəriqaz” 2018-ci ilin yanvar ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 66 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 4 min 92 ailə yaşayır.

“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Femida.az

Açar sözlər: #Azəriqaz   #çoxmərtəbəli   #bina  

Oxunub: 666