2 nəfər dönərdən zəhərləndi, xəstəxanaya yerləşdirildi - Tovuzda


17:36     05 Fevral 2018 18_02_05_1517823445.jpg


Tovuz rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb.

Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayonun Aşağı Öysüzlü kənd sakinı, 1980-ci il təvəllüdlü Anar Azər oğlu Qasımov və Tovuz şəhər sakini, 1993-cü il təvəllüdlü Orxan Qabil oğlu Hüseynli şəhər ərazisindəki kafelərdən birindən dönər alaraq yeyiblər.

Hər iki şəxs dönərdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #dönər   #zəhərlənmə   #Tovuz  

Oxunub: 784