Erməni futbolçu Britaniya rəhbərliyinə: “Qarabağda ölmək istəmirəm”


16:20     06 Fevral 2018 18_02_06_1517904772.jpg

BBC telekanalı İngiltərənin “Uitçörç Alport” klubunun Ermənistan rəhbərliyinin ona möhlət hüququnda imtina etməsindən narazı qalan 23 yaşlı futbolçusu Ovik Nersesyan barədə məlumat dərc edib.

Femida.az Ordu.az-a istinadən xəbər verir ki, Ovik Nersesyan regional “Shropshire star” nəşrinə müsahibəsində Ermənistan ordusunda xidmət keçməklə öz həyatını təhlükə altına atmaq istəmədiyini bildirib. Bu səbəbdən o, İngiltərədən siyasi sığınacaq almaq niyyətindədir.

Nersesyanın müraciətinə fevralın 19-da məhkəmədə baxılacaq.

UEFA-nın məlumatına görə, əslən İrəvandan olan Ovik Nersisyan 2013-cü ildə “Pyunik” FK-da müdafiəçi mövqeyində oynayıb və 26 nömrəli forma altında çıxış edib. Nersesyan həmçinin Ermənistanın gənclərdən ibarət yığmasının üzvü olub. 2015-2016-cı illərdə o, gənclər arasında Avropa Çempionatında iştirak edib.

Femida.az

Açar sözlər: #erməni   #ordu   #Qarabağ  

Oxunub: 1655