Qaz verilişində fasilənin səbəbi – Rəsmi AÇIQLAMA
17:38 06 Fevral 2018
Bu gün Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət yaranıb.
“Azəriqaz” İstehsalat Birliyindən Femida.az-a verilən məlumata görə, Müşviqabad qazpaylayıcı stansiyasının çıxışında adı çəkilən stansiyadan qidalanan orta təzyiqli diametri 426 mm-lik yeraltı qaz kəmərində qaz sızması aşkar edilib.
Yarana biləcək bədbəxt hadisələrin qarşısının alınması və qaz sızmasının ləğvi üçün aparılacaq təmir-bərpa işləri ilə əlaqədar bu gün saat 12:30-dan etibarən həmin kəmərdə qaz təchizatı dayandırılıb. Təbii qaz təchizatının dayanması nəticəsində Abşeron rayonunun Xırdalan şəhəri daxil olmaqla rayonun, Qobu, Aşağı Güzdək, Baş Güzdək, Hökməli, Çiçək qəsəbələrinə, həmçinin, Atyalı adlanan yaşayış massivinə təbii qazın verilişində fasilə yaranıb.
“Azəriqaz”ın Təmir-Tikinti İdarəsinin briqadası tərəfindən həmin ərazidə təmir-bərpa işləri aparılır. Yaranmış məhdudiyyət saat 16:00-dək aradan qaldırılacaq və yaşayış məntəqələrinin qaz təchizatı bərpa ediləcək.
"Yaranmış məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir", - deyə məlumatda vurğulanıb.
Femida.az
Oxunub: 533
Oxşar xəbərlər
- Sabah “Azəriqaz”da növbəti “Açıq qapı” aksiyası keçiriləcək
- "Azəriqaz” 420 obyektdə qanunsuzluqlar aşkar edib
- “Azəriqaz”ın əməkdaşına qarşı zor tətbiqi ilə bağlı cinayət işi başlanıb
- "Azəriqaz"ın əməkdaşını döyən şəxs həbs olunub
- “Azəriqaz”: “Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur”
- "Azəriqaz": "Sabahdan Xankəndiyə qaz veriləcək"
- "Azəriqaz" ötən il satdığı qazın 4 %-nin pulunu yığa bilməyib
- "Azəriqaz"dan əhaliyə MÜRACİƏT: Limitin sıfırlanması üçün... - VİDEO
- “Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək
- "Azəriqaz": "İstixanaların qaza olan borcunu silə bilmərik"