Kişi arvadını baltaladı


14:56     07 Fevral 2018 baltaladilar.PNG

Hacıqabulda kişi arvadını baltalayıb.


Femida.az xəbər verir ki, rayonun Koroğlu küçəsi 14 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Adəm Hüseynqulu oğlu Qəmbərov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Xalidə Nurəddin qızı Qəmbərovaya balta ilə xəsarət yetirib.

X. Qəmbərova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Hacıqabul   #Balta   #Xəsarət   #Xəstəxana  

Oxunub: 997