Bu içki xərçəng xəstəliyi yaradır - XƏBƏRDARLIQ
16:41 07 Fevral 2018
ABŞ-da qəhvəxanalar qəhvə içkisinin tərkibində təhlükəli kanserogen maddə olan akrilamidin mövcudluğu haqqında ziyarətçilərə xəbərdarlıq etməyə məcbur edilə bilər.
Femida.az xəbər verir ki, bu haqda "Science Alert" nəşri bildirib.
Hazırda belə iddiaya Kaliforniya məhkəməsində baxılır. İddia Zəhərli Maddələrin Öyrənilməsi üzrə Şura tərəfindən qaldırılıb. İddiaçılar təkid edirlər ki, ziyarətçilər qəhvənin potensial təhlükəsi haqqında bilməlidir.
Qeyd edək ki, akrilamid məhsulların termik emalı zamanı yaranan kimyəvi birləşmədir. O, təhlükəli kanserogen maddə kimi tanınıb. Hələ 15 il əvvəl keçirilmiş sınaqlar tərkibində akrilamid maddəsi olan sudan istifadə etmiş gəmiricilərdə xərçəngin inkişaf etdiyini göstərib.
Zəhərli Maddələrin öyrənilməsi üzrə Şura hesab edir ki, kanserogen maddə qəhvə dənlərinin qızardılması zamanı yarana bilər. Qəhvəxanaların nümayəndələri isə təkid edirlər ki, qızardılmış dənlərdə akrilamidin payı o qədər azdır ki, sağlamlıq üçün heç bir təhlükə yaratmır.
Femida.az
Oxunub: 889
Oxşar xəbərlər
- Xərçəngdən əziyyət çəkən Vətən müharibəsi qazisi vəfat edib
- Bu şəxslərin xərçəngə tutulma riski yüksəkdir
- Xərçəngdən sağalan komandirə mənzil verildi
- Onkoloq-kimyaterapevt xərçəng riskini azaldan üç vərdişin adını açıqlayıb
- Bu viruslar xərçəng yaradır
- "Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb" - Fuad Quliyev
- Hıçqırıq xərçəng yaradır? - ARAŞDIRMA
- Xərçəng oldu, bir ayağını itirdi, müəllim olmaqdan vaz keçmədi - Qəhrəman Nərmini siz də tanıyın (VİDEO)
- Kişilərdə ən çox rast gəlinən 5 xərçəng növü – 40 yaşdan sonra DİQQƏT
- Dünyada xərçəng xəstəliyi həddi 33%-ə çatdı – Bu növləri çox yayılıb