Xətaidə 20 mərtəbəli binada yanğın olub


13:26     08 Fevral 2018 tuzlada_ayakkabi_fabrikasinda_yangin13397871040_h891831.jpg

Bakı şəhəri, Xətai rayonunda 20 mərtəbəli yaşayış binasının (1-3-cü mərtəbələri qeyri-yaşayış sahəsidir) şaxtasında 60 p.m elektrik kabelləri, zirzəmisində 52 ədəd elektrik sayğacı və çardağının yanar konstruksiyaları 5 m2 sahədə yanıb.


Femida.az FHN-in saytına istinadən xəbər verir ki, 13-cü mərtəbədə dəhlizin lambirdən ibarət tavanı 15 m2 sahədə yüksək temperaturdan əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini xilas edilib, 20 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. 2 nəfər tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Yanğın   #Xətai  

Oxunub: 541