Bakıda gənc oğlan özünü bıçaqladı - İNTİHARA CƏHD


14:34     08 Fevral 2018 ozunu%20dograda.jpg

Bakının Qaradağ rayonunda intihara cəhd hadisəsi baş verib.


Femida.az xəbər verir ki, hadisə Qızıldaş qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Baloğlanov Elçin Tofiq oğlu bıçaq xəsarətləri alaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, hüquq-mühafizə orqanının əməkdaşlarına özü özünü bıçaqladığını bildirib.

Buna baxmayaraq, polis hadisənin təfərüatlarını araşdırır.

Femida.az

Açar sözlər: #Bıçaqlanma   #Bakı  

Oxunub: 619