" Prezident seçkiləri Azərbaycanın daxili işidir " - Rusiya XİN


21:35     08 Fevral 2018 rusiya%20xin.jpg

Prezident seçkiləri Azərbaycanın daxili işidir.


Femida.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı erməni jurnalistin Azərbaycanda prezident seçkilərinin tarixinin dəyişdirilməsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsir edib-etməyəcəyi barədə sualına cavab verərkən deyib.

Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Femida.az

Açar sözlər: #XİN   #Rusiya   #Prezident  

Oxunub: 564