Qarabağda erməni əsgəri öldü


15:07     09 Fevral 2018 ermeni_herbci5.jpg

İşğal altında olan Qarabağda erməni əsgər ölüb.

Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, fevralın 8-də, saat 14:15 radələrində, Xankəndi hospitalında erməni əsgəri 1999-cu il təvəllüdlü Hayk Serqeyi Hakopyan ölüb.

Erməni KİV-ləri onun xəstəlik səbəbindən öldüyünü bildirir.

Xatırladaq ki, fevralın 7-də düşmən cəbhə xəttinin Fizuli istiqamətində təxribata cəhd edərkən bir nəfər itki və iki nəfər yaralı verməklə geri çəkilib. Azərbaycan Müdafiə Naizirliyi tərəfindən məlumat təsdiqlənsə də Ermənistan məlumatları təkzib etmişdi.

Bu taktikadan erməni tərəfi dəfələrlə istifadə edib. Onlar itkilərini bu üsulla gizlətməyə çalışır.

Femida.az

Açar sözlər: #Erməni   #Əsgər   Xankəndi   #Öldü  

Oxunub: 1461