MTRŞ-dan xəbərdarlıq: " Zəng edən tamaşaçı ilə elə formada danışırlar ki... "
15:13 09 Fevral 2018
Qanunvericilik tələbinin pozulması səviyyəsindən asılı olaraq radiolarla bağlı inzibati tədbirlər görülə bilər.
Bunu Femida.az-a Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
T.Dadaşov bildirib ki, MTRŞ məsələni inzibati tədbirlərlə həll etmək istəmir: “Biz istəmirik ki, məsələni inzibati tədbirlərlə həll edək, amma inzibati tədbirlər hər an ola bilər. Hazırda monitorinqlər aparılır. Monitorinqlər yekunlaşdıqdan sonra radioda məsul şəxslərlə görüş keçiriləcək, nöqsanlar onların diqqətinə çatdırılacaq və onlar da izahat verəcək ki, niyə vəziyyət belədir. Çalışacağıq ki, problemlərdən birgə çıxış yolu tapaq”.
Şöbə müdiri vurğulayıb ki, həm cəmiyyətin, həm də medianın əsas diqqəti televiziyalar üzərində fokuslanıb:
“Bəzən belə rəy formalaşır ki, radiolar diqqətdən kənarda qalıb. Əslində heç də belə deyil. MTRŞ bütün yayımçıların monitorinqini aparır. Radiolarla bağlı da cəmiyyətdən müəyyən siqnallar daxil oldu. Məsələn bəzən belə hallar olur ki, qanun pozuntusu deyil, amma xoşagəlməz haldır, bəzən Azərbaycan milli dəyərlərinə xas olmayan müəyyən ifadələr, mövzular aparıcılar tərəfindən müzakirəyə çıxarılır. Bəzən aparıcı zəng edən tamaşaçı ilə elə formada danışır ki, bu qanun pozuntusu deyil, amma etik qaydanın pozulmasıdır. Biz çalışırıq bu məsələləri ortaya çıxaraq və daha çox hansı radiolarda bu cür hallara yol verildiyini müəyyən edək. Müəyyən edək ki, günah aparıcılardadır, yoxsa radionun xətti budur?! Ona görə də biz radioları xüsusi diqqətdə saxlayırıq”.
Qeyd edək ki, MTRŞ tərəfidən radiolarda aparılan monitorinqlərin nəticələri mart ayının ikinci yarısında bəlli olacaq.
Femida.az
Oxunub: 715
Oxşar xəbərlər
- MTRŞ peyk televiziya yayımını qəbul edən istifadəçilərə müraciət edib
- Medianın İnkişafı Agentliyi və MTRŞ səslənən iddialara aydınlıq gətirib
- Zaurun verilişi dayandırıldı - ATV cərimələndi
- MTRŞ "Lider" TV ilə bağlı bəyanat yayıb
- ARB və "Xəzər" TV-ni cəzalandırıldı
- MTRŞ və Mətbuat Şurasına yeni səlahiyyət verilib
- MTRŞ “Xəzər” və ARB-in yayımını bir saatlıq dayandırdı
- Hansı kanallar 1 aylıq bağlana bilər? - MTRŞ-dan bəyanat
- MTRŞ-nin Aparat rəhbəri işdən çıxdı
- MTRŞ sədri Manaf Ağayevin qadınlar haqda dediklərinə münasibət bildirib