Üzərində tiryək gəzdirən şəxs tutuldu - Polislər evinə getdi


16:01     10 Fevral 2018 1356524159_polis1_922155415.jpg

Ötən gün Gəncənin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, fevralın 9-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Qiyasbəyli olduğu məlum olub. Baxış zamanı onun üzərindən 47 qram tiryək aşkar edilib.

Davam etdirilən əməliyyat tədbirləri ilə onun evinə də baxış keçirilib. Polis əməkdaşları tərəfindən oradan əlavə olaraq 4 kiloqram 6 qram marixuana və 985 qram tiryək aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər: #Narkotik   ##Tiryək   #DİN   #Polis  

Oxunub: 733