Bu uşaqlara qulluğa görə verilən müavinət artırılır


17:18     10 Fevral 2018 manat_180215.jpg

Bu il üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulub.


Femida.az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabineti ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanan 2018-2019-cu illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.

Baş Kollektiv Sazişdə həmçinin qeyd olunur ki, uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə etdiyi müddətin qadınların əmək və sığorta stajına daxil edilməsindən ötrü müvafiq qanunvericilikdə dəyişikliklər edilməlidir.

Qeyd edək ki, Prezidentin Sərəncamına əsasən 2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilib.

Femida.az

Açar sözlər: #Müavinət   #NAzirlər   #Kabineti   #Əmək  

Oxunub: 2235