Keçmiş məhkumlardan kimlərə birdəfəlik müavinətin verildiyinə aydınlıq gətirilib


13:58     29 Mart 2022 22_03_29_1648546356.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu həbsdən azadlığa buraxılan məhkumlardan kimlərə birdəfəlik müavinətin verilməsi məsələsinə aydınlıq gətirib.

Femida.az-ın məlumatına görə, fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov bildirib ki, bunun üçün şəxsin cəzaçəkmə müəssisəsindən çıxan zaman aldığı arayış əsas götürülür.

Onun sözlərinə görə, həmin sənəd əsasında keçmiş məhkumun sosial adaptasiyaya ehtiyacı olub-olmaması müəyyənləşdirilir.

Filial direktoru qeyd edib ki, adaptasiya müddəti bir il olaraq təyin edilib: “Həmin müddət ərzində birdəfəlik müavinət almaq üçün müraciət edilə bilər. Əvvəlcə həmin şəxsin adaptasiya müddətinə ehtiyacı olub-olmadığı müəyyən edilir. Buna ehtiyac olması barədə qərar verilsə, o zaman minimum əmək haqqının 4 misli məbləğində, yəni 1200 manat birdəfəlik müavinət təyin oluna bilər”.

Açar sözlər:

Oxunub: 2764