Cəlilabadda 15-ə yaxın at oğurlandı


18:33     10 Fevral 2018 2018/02/at-ogurluq_1518259098.jpg

Cəlilabadda oğurluq hadisəsi baş verib.


Femida.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Kənd sakinləri Fazil Abdullayev, Şəmsəddin Kərimov və digər bir neçə nəfərə məxsus at və iribuynuzlu mal-qara son bir neçə gün ərzində həyətlərdən və otlaq sahəsindən aparılıb.

Zərərçəkmiş şəxslər deyib ki, kənddən ayrı-ayrı şəxslərə məxsus təxminən 15-ə yaxın at və 5 iribuynuzlu mal-qara oğurlanıb.

Faktla bağlı artıq polisə məlumat verilib, araşdırma aparılır.

Femida.az

Açar sözlər: #At   #Cəlilabad   #Oğurluq   #iribuynuzlu  

Oxunub: 1257