Olimpiya Komitəsinin İcraiyyə Komitəsində yeni üzv seçildi


22:06     10 Fevral 2018 2018/02/624349_1518271084.jpg

Cənubi Koreyanın Pxençxan şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 132-ci Sessiyası keçirilib. Sessiya zamanı BOK İcraiyyə Komitəsinə seçkilər də keçirilib.


Femida.az xəbər verir ki, Dünya Güləş Birliyinin (DGB) prezidenti Nenad Laloviç qarşıdakı 4 il müddətinə Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilib.

BOK-a və BOK İcraiyyə Komitəsinə güləş idman növü üzrə seçilən ilk təmsilçi kimi tarixə düşən Nenad Laloviç Yay Olimpiya Növləri İdman Federasiyaları Assosiasiyasının nümayəndəsi olacaq.

Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi BOK İcraiyyə Komitəsinə üzv seçilməsi münasibətilə təbrik edib, güləş idman növünün inkişafı yolunda bundan sonrakı fəaliyyətində ona uğurlar arzulayıb.

Məlumat üçün bildirək ki, Nenad Laloviç 2015-ci ildə etibarən Beynəlxalq Olimpiya Komitəsinə üzvdür.

Femida.az

Açar sözlər: #Dünya   #Güləş   #Birliyi   #Beynəlxalq   #Olimpiya   #Komitəsi  

Oxunub: 723