Afrində 3 əsgər şəhid olub, 5 hərbçi yaralanıb


02:49     11 Fevral 2018 2018/02/turk_28737676_1518288890.jpg

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatında bir neçə hərbçi şəhid olub.


Femida.az-ın xəbərinə görə, bu barədə "Hürriyyet" Türkiyə Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gün keçirilən hərbi əməliyyatlarda 3 hərbçi həlak olub. Əməliyyat zamanı habelə daha 5 hərbçi yaralanıb.

Türkiyə Silahlı Qüvvələri PKK-nın Suriya qolu PYD və YPG-nin, habelə İŞİD-in azı 15 terrorçusunu zərərsizləşdirib.

Femida.az

Açar sözlər: #Afrin   #Türkiyə   #Suriya   #Terror   #YPG   #PKK  

Oxunub: 759