Olimpiya kəndində zəlzələ həyacanı - Xəbərdarlıq


13:30     11 Fevral 2018 zəlzələ68.jpg

Cənubi Koreyanın Pxençxan şəhərindəki Olimpiya kəndində yaşayan 2018 Qış Olimpiya Oyunlarının iştirakçıları SMS vasitəsi ilə zəlzələ barədə xəbərdarlıq alıb.


4,6 bal gücündə zəlzələnin Pxençxandan 160 kilometr məsafədə yerləşən Pxoxan şəhərində baş verdiyi bildirilib.

Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 5:03-də qeydə alınıb.

"Zəlzələnin episentri Pxoxan şəhərinin Buk-Qu rayonundan 5 kilometr şimal-şərqdə yerləşib. Sayıq və diqqətli olun, yeraltı təkanlar təkrarlana bilər.-məlumatda bildirilib.

Femida.az

Açar sözlər: #zəlzələ   #Pxençxan   #Olimpiya  

Oxunub: 905