Erməni ordusundakı problemlər ciddi narazılıqlar yaradıb
18:35 12 Fevral 2018
Dağlıq Qarabağda ölən erməni əsgərlərin çoxu yoxsul ailələrin uşaqlarıdır. Aparılan müşahidələr deməyə əsas verir ki, heç bir siyasətçinin və oliqarxın övladı təmas xəttində hərbi xidmətdə deyil.
Bu fikirləri Ermənistanda fəaliyyət göstərən “Navur” ictimai təşkilatının sədri, hüquq müdafiəçisi Aram Nikoyan “ArmenianReport” saytına açıqlamasında bildirib.
Hüquq müdafiəçisi deyib ki, ötən həftə Tavuş istiqamətində ölən əsgər Ayk Kalantarayan yoxsul bir ailənin övladı idi. Bu ailənin hərbi münaqişə ilə bağlı heç bir məlumatı olmadığı halda, övladı erməni siyasi elitasının maraqlarını təmin etmək üçün təmas xəttində öldü.
Erməni gəncliyinin məhvə getdiyini deyən A.Nikoyan Ermənistan ordusundakı rüşvətxorluq və cinayət hallarını qeyd edib. O deyib ki, Dağlıq Qarabağda xidmətdə olan erməni əsgərlərin maddi-texniki imkanları yox dərəcəsindədir. Onların qidalanmasında problemlər var. Ordudakı ağır vəziyyət Ermənistan gənclərini qorxudur. Bu səbəbdən hərbi xidmətdən yayınmaq üçün həkimlərin vasitəsilə saxta sənədlər hazırlanır. Orduda kadr çatışmazlığı isə ciddi problemlərə yol açır. Ermənistan ordusunda gizir və çavuşların azlıq təşkil etməsi səbəbindən hərbi tapşırıqlar azyaşlı əsgərlərə həvalə olunur.
Erməni yazıçı Manvel Sarkisyan isə qeyd edib ki, prezidentliyə namizəd Armen Sarkisyanın hər iki oğlu Vardan və Hayk Ermənistanda hərbi xidmətdə olmayıblar. Hazırda onların hər ikisi Böyük Britaniyada yaşayır. Armen Sarkisyan bilməlidir ki, Londona atəş açılmır və orada cəbhə xətti yoxdur. Övladlarının orada qalması yalnız hərbi xidmətdən yayınmaq kimi izah oluna bilər. Görünür, Serj Sarkisyanın erməni xalqına qarşı apardığı düşmənçilik siyasətini Armen Sarkisyan davam etdirəcək.
Ermənistan silahlı qüvvələri aztəminatlı ailələrin uşaqlarının ölümü üçün mövcuddur. Yüksəkvəzifəli şəxslərin övladları isə orduda xidmət etməkdən çəkinirlər. Bu səbəbdən onlar Ermənistanda yox, Moskvada, Londonda və Parisdə yaşayırlar.(AzərTac)
Femida.az
Oxunub: 821
Oxşar xəbərlər
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- Hikmət Hacıyev Baydenin köməkçisi və Ermənistan TŞ-ın katibi ilə görüşüb
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Azərbaycan MN: "Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır"
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Azərbaycan MN: "Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib"