YAP-ın iclası bitdi: Siyahı tam hazırdır


21:17     15 Sentyabr 2015 e0e5f72e-602d-4c56-b3c5-2e1e2c8e8b1b32.jpg

Azərbaycan Partiyasının İdarə Heyətinin Milli Məclisə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iclası başa çatıb.


YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov açıqlamasında bildirib ki, iclasda partiyanın namizədlər siyahısı barədə qərar verilib.

Onun sözlərinə görə, YAP hazırda Milli Məclisdə təmsil olunan deputatlarının əksəriyyətinin siyahı üzrə yenidən namizədliyini irəli sürüb:

“Namizədlikləri irəli sürülməyənlər əsasən rektor deputatlardır. Hazırkı deputatlarımızdan 80 faizinin – 53 nəfərinin namizədliyi yenidən irəli sürülüb. Namizədlikləri irəli sürülməyənlərdən bir hissəsi rektorlardır. Seçim qoyuldu: ya rektorluq, ya parlament. Ona görə də qərar verildi ki, rektorların bir hissəsi parlamentdə qalsın, digərləri isə rektor kimi fəaliyyətlərini davam etdirsin”.

Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov isə Yeni Azərbaycan Partiyasının namizədlərinin siyahısının hazır olduğunu və yaxın müddətdə ictimaiyyətə açıqlanacağını bildirib: “Budəfəki siyahıda daha çox gənclərə yer verilib”.

A. Məhərrəmov bu dəfə seçkidə namizəd olmaq istəmədiyini də bildirib: “Namizədliyimi verməyəcəm, fəaliyyətimi rektor kimi davam etdirmək istəyirəm”.

Açar sözlər:

Oxunub: 1027