Ağsaqqallar Şurası: " İlham Əliyevin alternativi yoxdur "
15:53 14 Fevral 2018
Azərbaycan Ağsaqqallar Şurasının iclası keçirilib.
Femida.az-ın məlumatına görə, iclasda çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov dövlət başçısı İlham Əliyevin qarşıdakı seçkilərdə prezidentliyə namizədliyinin Şura tərəfindən dəstəklədiyini vurğulayıb: "Heydər Əliyev yolunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur. İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək. Azərbaycanın dünya arenasında nüfuzunun daha da artırılması üçün böyük, yorulmaz dövlət xadimi lazımdır və İlham Əliyev də məhz belə şəxsiyyətdir. Azərbaycan Ağsaqqallar Şurası xalqımızı bir daha prezident seçkilərində prezident İlham Əliyevi dəstəkləməyə dəvət edəcək".
F. Heydərov prezident seçkilərinin növbədənkənar olması ilə razılaşmadığını bildirib: "Bu il prezident seçkiləri ilidir və prezident seçkiləri də aprelin 11-nə təyin edilib".
Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, bu gün hər bir azərbaycanlı İlham Əliyevin namizədliyini dəstəkləməlidir: "Məhz Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan 1990-cı illərin əvvəlində yaranmış ağır böhrandan çıxa bildi. Azərbaycanı düşünən, sevən hər bir insan bilir ki, bu gün prezident İlham Əliyevin apardığı siyasət Heydər Əliyev siyasətinin davamıdır. Əgər istəyiriksə ki, balalarımız, nəvələrimiz firavan, stabil bil ölkədə yaşasın, qan-qadadan uzaq olsun, biz ağsaqqallar İlham Əliyevin namizədliyini dəstəkləməliyik. İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Ona görə də, prezident seçkilərində İlham Əliyevin alternativi yoxdur. Biz İlham Əliyevə səs verməklə Azərbaycanın firavanlığına, stabilliyinə səs verəcəyik".
Tədbir çıxışlarla davam edib. İclasın sonunda Azərbaycan Ağsaqqallar Şurasının qarşıdakı seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləməsi barədə qərar qəbul olunub.
Femida.az
Oxunub: 2994
Oxşar xəbərlər
- Şamaxı rayon ağsaqqalları Prezidentə müraciət etdi
- Nəvəsi yaşda qızla əxlaqsızlıq edən “ağsaqqal” – Əli Kərimli kimi müdafiə edir?
- "Hörmətsiz ağsaqqal, qeyrətsiz oğul məsələsindən efirdə geniş istifadə olunur" - MTRŞ sədri
- "Qaçqınkom" rəhbəri rayon ağsaqqalları ilə görüşüb
- Ağsaqqallar Şurasının rəhbərliyi Fəxri Xiyabanı ziyarət edib
- İrəvanda jurnalistərin etiraz aksiyası keçirilir
- Ağsaqqallar Şurası Azərbaycan xalqını təbrik edib
- Talış ağsaqqalları adından erməni yalanı
- `İçmişəm, yaxşı eləmişəm` deyən ağsaqqal maşın sürə bilməyəcək - VİDEO
- Ağsaqqallar Şurası hesabat verdi (FOTO)