Köməksiz qalan azyaşlı xilas edilib


02:47     15 Fevral 2018 2018/02/fhn_1518632414_1518634262.jpg

Paytaxtın Yasamal rayonunda köməksiz qalan bir nəfər xilas edilib.



Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib. Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər: #FHN   #Yasamal   #Azyaşlı  

Oxunub: 455