Səfirliklərə içində ağ toz olan zərflər göndərilib


22:57     15 Fevral 2018 rusiya_polisi_800.jpg

Rusiyanın paytaxtı Moskvada bəzi səfirliklərə içində ağ toz olan zərflərin göndərildiyi bildirilib.


Bu barədə Moskva Polis İdarəsindən Rusiya xəbər agentliyi "RİA Novosti"-yə açıqlama verilib. Açıqlamada paytaxtda yerləşən bəzi səfirliklərə içində ağ toz olan zərflər göndərildiyi qeyd olunub.

Polis rəsmilərinin zərflərlə bağlı tədqiqatlara başladığına diqqət çəkilən açıqlamada ilkin versiyalara görə, zərflərin içində zərərli bir maddəyə rast gəlinmədiyi bildirilib. Zərflərin hansı səfirliklərə göndərildiyinə dair hər hansı bir məlumat verilməyib.

Adlarının açıqlanmasını istəməyən bəzi mənbələr həmin zərflərdən biri Hollandiya səfirliyinə göndərildiyini iddia edib.

Son günlər ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Trampın xanımı və London parlamenti də daxil olmaqla, çox sayda yerə içində ağ toz olan zərflər göndərilmişdi.

Femida.az

Açar sözlər: #Rusiya   #polis   #Səfirlik  

Oxunub: 529