Belə sürücülər məsuliyyət daşıyacaqlar
14:27 16 Fevral 2018
Azərbaycanda yük avtomobilləri və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan idarə edilməsinə görə məsuliyyət daşımalı olan şəxslərin dairəsi genişləndirilir.
Femida.az xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanunun 37-ci, İnzibati Xətalar Məcəlləsinin isə 322 və 342-ci maddələlərinə dəyişikliklər edilməsi təklif olunur.
İnzibati Xətalar Məcəlləsinin 342.1.10-cu maddəsində beynəlxalq yük daşımalarını həyata keçirən yük avtomobillərinin və avtobusların taxoqraf olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulur. Burada yalnız beynəlxalq yük daşımalarını həyata keçirən yük avtomobillərinin və avtobuslarının sürücüləri məsuliyyət daşıyır. Dəyişikliklərə görə isə məsuliyyət daşımalı olan subyektlərin dairə genişləndirilir və məsuliyyət daşımalı olan şəxslərin dairəsinə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslər əlavə edilir.
Qanun layihələrinə görə həmin daşımaları təşkil edən şəxslər və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyacaqlar. Dəyişikliklər beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri tərəfindən gələcəkdə baş verə biləcək qəza hadisələrinin qarşısını almaq, yol hərəkəti iştirakçılarının sağlamlığının qorunması məqsədini daşıyır.
Taxoqrafın təyinatı yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunmasından, yol-nəqliyyat hadisələrinin qarşısını almaqdan ibarətdir.
Qeyd edək ki, sərnişin və yük daşımalarını həyata keçirən sürücülər bir çox hallarda sürət həddini aşaraq və istirahət rejiminə əməl etmədən nəqliyyat vasitələrini idarə etməkdə davam edirlər, bu da öz nğvbəsində, yorğunluqdan və yuxusuzluqdan ağır yol-nəqliyyat hadisələrinin törədilməsinə səbəb olur.
Təkcə 2017-ci ildə beynəlxalq daşımaları həyata keçirən yek avtomobillərinin sürücüləri tərəfindən 123 yol-nəqliyyat hadisəsi baş verib, həmin hadisələrdə 57 nəfər həyatını itirib, 101 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu dövr ərzində beynəlxalq yük daşımalarını həyata keçirən avtobusların sürücüləri tərəfindən 71 yol-nəqliyyat hadisəsi baş verib, həmin hadisələrdə 29 nəfər həlak olub, 79 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qanun layihələri Milli Məclisin fevralın 23-də keçiriləcək iclasına tövsiyə olunub.
Femida.az
Oxunub: 1087
Oxşar xəbərlər
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Üç istirahət mərkəzinin rəhbəri cərimələnib
- Xəzərin sahilindəki istirahət mərkəzlərindən biri cərimələnib
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Bakıda ağacları qanunsuz kəsən tikinti şirkəti 35 min manat cərimələnib
- Bakının mərkəzində ağacların kəsilməsinə görə vəzifəli şəxs cərimələnib
- Zaqatalada hazırlıq mərkəzinin rəhbəri cərimələnib
- Sürücülərə vacib xəbər - 40 manat cərimə oluna bilərsiniz - VİDEO
- “Muğanbank” cərimələnib
- "Araz Supermarket" 2,5 milyon manat CƏRİMƏLƏNDİ - SƏBƏB