Biz sildiyimizi zənn edirdik - “WhatsApp”da bu funksiya yeni üzə çıxdı
15:39 17 Fevral 2018
“WhatsApp” messencerində mesajları yadda saxlamaq üsulu tapılıb: sitatlardan istifadə etməklə yazışmanı yadda saxlamaq mümkündür.
Femida.az ICTnews-a istinadən xəbər verir ki, sözügedən messencer bir neçə ay bundan əvvəl istifadəçilərə mesajları silmək imkanı təqdim edib.
Lakin mesajı yadda saxlamaq üçün sitat gətirmək və ya mesaja birbaşa cavab vermək lazımdır.
“WhatsApp” administrasiyası təlimatda qeyd edir ki, mesajlar göndərildikdən sonra onları yalnız 7 dəqiqə ərzində silmək olar. Ancaq dırnaq işarəsindən istifadə və ya cavab funksiyasının köməyi ilə mesajın yadda saxlanılması müddətini uzatmaq xüsusiyyəti haqda məlumat verilməyib.
Həm qrup, həm də şəxsi çatlarda sitat gətirilən mesajlar silindikdən sonra belə görsənməyə davam edir.
Femida.az
Oxunub: 997
Oxşar xəbərlər
- "Whatsapp"dan yenilik: Onlayn olmağınızı belə gizlədə bilərsiniz
- "Whatsapp"da silinən mesajları belə qaytara bilərsiniz - Boşanmalara səbəb olacaq funksiya
- DTX Whatsapp yazışmalarını ələ keçirmək istəyənləri aldadan saxta hakeri məsuliyyətə cəlb edib
- 30 apreldən bu telefonlarda “WhatsApp” işləməyəcək - SİYAHI
- “WhatsApp”a yeni funksiya əlavə edilib
- “WhatsApp”a çoxdan gözlənilən yenilik əlavə edilir
- "WhatsApp" beta versiyasını tətbiq edir
- "WhatsApp" "App Store"dan silinə bilər
- "WhatsApp"ın yeni qaydaları ilə razılaşmayan istifadəçilər mesaj göndərə bilməyəcək
- DİQQƏT! - "Whatsapp"da bu mesajlara cavab verməyin