Xətai rayonunda yaşıllığı məhv edənlər kimdir? - FOTOLAR


16:14     17 Fevral 2018 18_02_17_1518855237.jpg

Ağacların qanunsuz olaraq məhv edilməsinə qarşı son günlər ciddi tədbirlər görülsə də, bu kimi neqativ hallar hələ də qalıb.


Femida.az -a Xətai rayonu,Zığ Yolu 1 küçəsində yaşayan sakinlər tərəfindən müraciət daxil olub. Vətəndaşların bildirdiyinə görə, qeyd olunan ünvanda həyətyanı sahədə olan yaşıllıq sahəsi tanımadıqları şəxslər tərəfindən kəsilir və yerində hansısa tikinti işlərinin aparılması nəzərdə tutulur.

Sakinlər həmin görüntüləri əks etdirən fotoları saytımıza təqdim edib. Qeyri-iş günü olduğu üçün aidiyyatı qurumlardan münasibət öyrənmək mümkün olmadı.

Femida.az məsələni diqqətdə saxlayacaq.
























Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #Ağac   #Kəsildi   #Xətai   #Rayon   #Etiraz  

Oxunub: 947