İsmayıllı və Tovuzda qanunsuz ağac kəsilməsi aşkarlanıb


10:52     28 Sentyabr 2022 22_09_28_1664344360.jpg

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin keçirdiyi növbəti nəzarət tədbirləri zamanı İsmayıllı və Tovuz rayonları ərazilərində ağac, kol bitkilərinin qanunsuz kəsilməsi faktı aşkarlanıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Femida.az-a bildirib ki, araşdırma zamanı yaşıllıqların İsmayıllı rayon sakini Rəşid İsmayılov, Tovuz rayon sakini Nabil Məmmədov tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 10820 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

O qeyd edib ki, faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Açar sözlər:

Oxunub: 1493