Baş nazirlərin sammiti keçiriləcək
22:58 17 Fevral 2018
Gürcüstan baş naziri Giorgi Kvirikaşvili bu ilin iyunun 21-də Moldovada keçiriləcək GUAM sammitində iştirak edəcək.
Bu barədə G. Kvirikaşvilinin 54-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində moldovalı həmkarı Pavel Filiplə keçirdiyi görüşdə bildirilib.
Görüşdə G. Kvirikaşvili Gürcüstanın Moldovanın GUAM-a sədrliyi çərçivəsində fəal əməkdaşlığa dəstək verməyə hazırlığını ifadə edib.
Tərəflər həmçinin ikitərəfli münasibətlər, Avrointeqrasiya və hər iki ölkədə həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparıb. Baş nazirlər ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın uğurlu olduğunu vurğulayıblar.
Qeyd edək ki, 2018-ci ildə GUAM təşkilatına Moldova sədrlik edəcək.
Femida.az
Oxunub: 532
Oxşar xəbərlər
- GUAM helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
- GUAM-a sədrlik Moldovaya keçəcək
- GUAM ölkələri Kiyevdə əməkdaşlıq məsələlərini müzakirə ediblər
- GUAM-ın Baş katibi Altay Əfəndiyev Prezident İlham Əliyevi təbrik edib
- GUAM Azərbaycanı təbrik etdi
- GUAM Şuşanın Ermənistan tərəfindən işğalını pisləyib
- GUAM baş katibi seçkiləri izləyir
- Gürcüstan XİN-də GUAM-ın baş katibi ilə görüş keçirilib
- GUAM gömrükçüləri Bakıda toplaşdı
- GUAM-ın baş katibi Bakıya gələcək