İsrail Qəzza zolağını bombaladı - Ölənlər var


23:30     18 Fevral 2018 4184675337israilgazzesaldr.jpg

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağına hava zərbələri endirib.


Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə fələstinli mənbələr məlumat yayıb.

Məlumata əsasən, qırıcılar qanadlı raketlərlə HƏMAS-a məxsus 6 obyekti vurub. Səhiyyə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, hücumlar nəticəsində 2 nəfər həlak olub.

İsaril ordusu Qəzza sektorundakı terrorçulara məxsus tuneli, silah anbarını və hərbi zavodu vurduğunu açıqlayıb.

Açar sözlər: #İsrail   #Qəzza   #Bomba  

Oxunub: 677