Maaş alacaq din xadimlərinin sayı açıqlandı
20:06 19 Fevral 2018
"Ölkə üzrə Qafqaz Müsəlmanları İdarəsinin təqdim etdiyi 1000-dən artıq din xadimi maaş alacaq".
Femida.az xəbər verir ki, bunu report-a açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman ismayılov deyib.
Onun sözlərinə görə, din xadimlərinin maaşlarında fərq olacaq: "Bölgü imam, naibi-imam və mütəvəllilər (vəqfi idarə edən şəxs) arasında aparılacaq. Həmin din xadimlərinin işləri dəyərləndikdən sonra onlara müavinət veriləcək".
Təkliflərin sənəd şəklində hazırlanaraq Maliyyə Nazirliyinə təqdim olunduğunu deyən M.İsmayılov qeyd edib ki, din xadimlərinin maaşları kart vasitəsi ilə veriləcək: "Sənədlər iki həftəyə yaxındır ki, nazirliyə göndərilib. Güman edirəm ki, yaxın günlərdə yekun qərar məlum olacaq".
Fondun icraçı direktoru vurğulayıb ki, maaş alan din xadimlərinin işlərinə nəzarət ediləcək: "Təbii ki, işə gəlməyən din xadimlərinin maaşı kəsiləcək. Məqsəd məscidlərin nəzarətsiz qalmamasıdır".
Femida.az
Oxunub: 868
Oxşar xəbərlər
- Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət yayıb
- “Qafqaz Qartalı” təlimi məqsədilə Azərbaycana gətirilən avadanlıqlar gömrük rüsumu və vergidən azad ediləcək
- Bu gün Türkiyə Təhlükəsizlik Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək
- Hulusi Akar NATO müdafiə nazirlərini Cənubi Qafqazdakı vəziyyətlə bağlı məlumatlandırıb
- "Cənubi Qafqazda sülh üçün yeni imkanlar var" - Çavuşoğlu
- Rusiya XİN: "Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasının yaxşı perspektivləri var”
- "Cənubi Qafqazın inkişaf edən regiona çevrilməsi bizdən asılıdır" - XİN rəsmisi
- ABŞ Cənubi Qafqazda təhlükəsiz və dinc gələcəyin təşviqinə sadiqdir
- "Azərbaycanın sülh təklifinə heç kim qarşı çıxmalı deyil" - Türkiyənin keçmiş Baş naziri
- "Makrona dedim ki, İlham Əliyev Qafqazda müsbət addımlar atır" - Ərdoğan