Qarabağda Rusiyadan gələn ermənilərə işgəncələr verilir - FOTOLAR


01:13     20 Fevral 2018 18_02_19_1519060468.jpg


Ermənistan ordusunda komandir əsgərləri gecə oyadaraq işgəncələr verib.

Femida.az Ordu.az-a istinadən xəbər verir ki, yanvarın 27-də işğal altında olan Qarabağda qanunsuz hərbi hissələrdən birində ölən 20 yaşlı Hovsep Qriqoryanın anası hadisə barədə bəzi məqamları açıqlayıb.

Erməni əsgər anası bildirir ki, 10 ildən artıq Rusiyada yaşasalar da sənədsiz qalmamaq üçün hərbi xidmət keçərək işlərini qaydasına salmasına görə, Qriqoryanı işğal altında olan ərazilərə göndərib və nəticədə peşman olub.



Onun oğlu Qarabağdakı qanunsuz hərbi birləşmələrdən birində, “Yeğnikner” adlanan hərbi hissədə qulluq edib. Ölən erməni əsgərin anası Armine Avetisyan prokurorluq orqanları tərəfindən hadisənin ədalətli araşdırılacağına inandırıldığını qeyd edib.

Məlumata görə, ölən erməni əsgərini alnından güllələyiblər. Hadisədən 2 gün sonra onun, əsgər yoldaşı tərəfindən silahla davranış qaydalarının pozulması nəticəsində açılan atəşdən öldüyü bildirilib.



İşğal altında olan Ağdərədə müstəntiq hadisənin baş verməsini və qaranlıq məqamları bir gün ərzində müəyyən edib. Müstəntiq tərtib etdiyi sənədlərdə göstərir ki, 28 yanvar 2018-ci ildə birgə döyüş növbətçili apararkən, pulemyotçu Aşot Çaxalyan zarafatla Hovsep Qriqoryanın silahını boşaltmadan ona istiqamətləndirib, doldurlumuş silahın darağını çıxartsada, tətiyi çəkib və güllə Qriqoryana dəyib. Nəticədə Qriqoryan aldığı güllə yarasından ölüb.

Yəni belə məlum olur ki, artıq hadisədən 1 gün sonra müstəntiq işin araşdırılmasını başa çatdırıb.

Ölən erməni əsgəri komandirlə münasibətlərinin gərgin olduğunu anasına əvvəlcədən deyib. Əsgər anasının sözlərinə görə, oğlu 4 yaşından Rusiyada yaşadığına görə hərbi hissədə hamı ona rus deyib.



"Bu vəziyyət onu çox narahat edirdi. Erməni komandir Rusiyadan gələn erməni əsgərlərə qarşı qəddar təhsil üsulları tətbiq edərək, onlara ermənicə hərfləri və oxumağı öyrədirmiş. O, Rusiyadan gələn erməni əsgərlərini digərlərinin qarşısında alçaldaraq təhqir edir, onları gecə vaxtı yuxudan oyadaraq, çöldə soyuq hava şəraitində hərfləri öyrənməyə məcbur edib", - deyə erməni əsgər anası işğalçı ordunun komandirinin vəhşiliyini təsvir edib.

Femida.az

Açar sözlər: #erməni   #ordu   #Rusiya   #əsgər  

Oxunub: 1170