Erməni çağırışçı hərbi xidmətdən yayınmaq üçün atasını öldürdü


16:05     20 Fevral 2018 18_02_20_1519113943.jpg


Armavir vilayət rəhbərinin öldürülən məsləhətçisi Manuk Simonyanın qardaşı Aram Simonyan maraqlı açıqlama verib.

Femida.az Ordu.az-a istinadən xəbər verir ki, öldürülən qardaşının məhkəmə prosesi ilə əlaqədar Ermənistana qayıdan Aram Simonyan Serj Sarkisyana, Ermənistan müdafiə nazirinə məktub yazaraq qardaşı oğlu Norik Simonyanın hərbi xidmətə aparılmamasının səbəbini izah etməyi tələb edib.

Məlum olub ki, Norik Simonyan atasından hərbi xidmətə çağırılmaması üçün ona hərbi bilet almağı istəyib. 2 həftə öncə ona pul müqabilində hərbi bilet alan atası müəmmalı şəraitdə oğlu tərəfindən öldürülüb.

Aram Simonyan, oğlu tərəfindən öldürülən qardaşının pul müqabilində hərbi biletin alınmasına dair sübut kimi səs yazısının olduğunu bildirib. Lakin hələ də oğlunun tələblərini yerinə yetirən Manuk Simonyanın nə üçün öldürüldüyü bildirilmir.

Femida.az

Açar sözlər: #erməni   #əsgər   #ordu  

Oxunub: 764