Qaxda dava: Bıçaqlanan var
00:12 22 Fevral 2018
Qax şəhər sakini, 1990-cı il təvəllüdlü Nüsrət Hilal oğlu Əliyev bıçaqlanma xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Femida.az APA-ya istinadən xəbər verir ki, N. Əliyevə döş qəfəsinin sol hissəsinin kəsilmiş-deşilən, lakin daxilə nüfuz etməyən bıçaq yarası dioqnozu qoyulub. Onun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-stabil qiymətləndirilir.
Şahidlər bildiriblər ki, hadisə bu gün saat 16:00 radələrində Qax şəhərinin Nizamı adına Mədəniyyət və İstirahət Parkının qarşısında baş verib. Rufiq adlı şəxs parkın qarşısında N. Əliyevin atası Hilal Əliyev ilə mübahisə edib və onu təhqir edib. Hadisəni görən N. Əliyev həmin şəxsdən atasını təhqir etməməsini istəyib. Rufiq əlində olan bıçaqla Nüsrətə bıçaq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşıb. Keçirilmiş tədbirlər nəticəsində o, saxlanılıb.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi BƏYƏNİN
Femida.az
Oxunub: 1172
Oxşar xəbərlər
- Prokurorluq “Azərişıq” ASC-nin əməkdaşlarının bıçaqlanması ilə bağlı məlumat yayıb
- “Azərişıq” ASC-nin əməkdaşlarının bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb
- Gəncədə bıçaqlanma olub
- Bakıda bıçaqlanma hadisəsi baş verib
- Bakıda bıçaqlanma hadisəsi baş verib.
- Bakıda 22 yaşlı gəncin bıçaqlanması ilə bağlı cinayət işi açılıb
- Göygöldə bıçaqlanma hadisəsi baş verib
- Torpaq üstündə dava bıçaqlanma ilə bitdi
- Goranboyda toyda bıçaqlanma olub
- Ucarda bıçaqlanma hadisəsi olub