Gədəbəydə YANĞIN - FHN hadisə yerində


14:04     22 Fevral 2018 yangin_38673636.jpg

Gədəbəy rayonunda ev yanıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Gədəbəy rayonu, Plankənd kəndində ümumi sahəsi 280 kv.m olan ikimərtəbəli 6 otaqlı evin çardağı 140 kv.m sahədə və 2 otağının yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #FHN   #Yanğın  

Oxunub: 430