Oğurluqla məşğul olanlar tutuldu
15:27 22 Fevral 2018
Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törədən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.
Femida.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Suraxanı RPİ 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin noyabr-dekabr ayları ərzində rayon ərazisindəki 4 evdən, 1 həyətyanı sahədən təmir-tikinti alətləri, məişət əşyaları və 2 baş qoyun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nurlan Ağayev və Sərhat Əmirov saxlanılıblar.
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il yanvarın 25-dən fevralın 10-dək olan müddətdə şəhər ərazisindəki 5 evdən qızıl, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Əziz Əsgərov saxlanılıb.
Fevralın 6-da Nərimanov rayonu ərazisindəki mağazaların birindən 515 manat pul və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini olan bir yeniyetmə 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Yanvarın 25-də rayon ərazisindəki evlərin birindən 1000 manat, 5000 manat dəyərində qızıl əşyalar və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Rəsul Bəkirov Qazax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, digər 3 nəfərin isə şəxsiyyəti müəyyənləşdirilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Femida.az
Oxunub: 604
Oxşar xəbərlər
- Bakının Xəzər rayonunda neft oğruları peyda olub
- Umayra Tağıyeva: "Həftənin ikinci yarısında hava sabitləşməyə doğru dəyişəcək"
- Baş Qərargah: "İskəndər-M" raketləri Belarusdan Ukraynaya doğru yönəlib
- Azərbaycanlı “qanuni oğru” Rafiq Masallı güllələndi
- Zelenski: "Biz artıq qələbəmizə doğru gedirik"
- Yerə doğru təhlükəli asteroid Yerə uçacaq
- Ukraynada azərbaycanlı “qanuni oğru” saxlanılıb
- Ev sahibini boğub öldürən oğru tutulub
- İlham Əliyev: "Mən doğrudan da yenə bu sualı vermək istəyirəm: Bəs, nə oldu Paşinyan?!"
- Daşkəsəndə mal-qara oğruları saxlanılıb