Erməni deputatdan etiraz: "Ordudan qaçanlar peşə doktorları hesab edilir"


13:37     23 Fevral 2018 18_02_23_1519364269.jpg


Dünən Ali təhsil müəssisələrinin problemləri ilə əlaqədar Ermənistan parlamentində dinləmlər keçirilib.

Femida.az Ordu.az-a istinadən xəbər verir ki, bunu Tsarukyan fraksiyasının deputatı Vardan Bostancyan təhsil naziri Levon Mkrtçyana sual ünvanlayarkən bildirib.

“Respublika peşə doktorlarına çevrilir. Cənab nazir siz tez-tez Avropa ərazisi, Avropa ərazisi deyə qeyd edirsiniz. Avropa ərazisi çox sevimlidir, ancaq biz hazırda Avrasiya iqtisadi əməkdaşlıq ərazisində yerləşirik. İndi mən başa düşə bilmirəm onları inkar edirsiniz?”, - deyə Bostancyan təhsil naziri Levon Mkrtçyana sualla müraciət edib.

O qeyd edib ki, peşə doktorluğu kateqoriyası ümumiyyətlə artıq bir şeydir. Onun sözlərinə görə, Ermənistan ordusundan qaçanlar digər namizədləri müdafiə edən peşə doktorları adlanır.

Femida.az

Açar sözlər: #erməni   #ordu   #əsgər   #hərbi  

Oxunub: 613