Bakıda restoranda FACİƏ: kişini tüstü bacasına atdılar (VİDEO)
14:42 23 Fevral 2018
"Koroğlu" metrosunun çıxışındakı "Alov" restoranında faciə baş verib.
Femida.az ölkə.az-a istinadən xəbər verir ki, naməlum şəxs restoranın tüstü bacasına girib. Onun buraya necə girməsi və ya düşməsi barədə heç bir məlumat yoxdur.
Hadisə yerinə dərhal FHN və polis əməkdaşları cəlb edilib. Tüstü bacasına düşən şəxs çıxarılıb və əraziyə gələn təcili tibbi yardım briqadası tərəfindən ona ilkin yardım göstərilib. Sonra isə təcili yardım maşını ilə ərazidən uzaqlaşdırılıb. O, adının Asif olduğunu bildirsə də, hadisə yerində olan polislər bu məlumatı təkzib ediblər.
Adının Asif olduğunu deyən şəxs gecə 02:00 radələrində onun başqa şəxslər tərəfindən tüstü bacasına atıldığını bildirib.
Femida.az
Oxunub: 1478
Oxşar xəbərlər
- “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq
- Bakıətrafı qəsəbədən Koroğluya yeni marşrut xətti fəaliyyətə başlayacaq
- “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri görülüb
- “Koroğlu”dan gəlib-gedənlərin nəzərinə!
- Sabahdan Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi işə düşəcək
- Milli Qəhrəman Koroğlu Rəhimovun doğum günüdür
- “Koroğlu”da saata görə zor tətbiq edən tutuldu
- “Koroğlu”da saata görə zor tətbiq edən tutuldu
- Prezidentlə xanımı “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında
- Madagizi iki dəfə azad edən, beş ermənini təkbaşına öldürən komandir: Koroğlu Rəhimov