İsa Qəmbər yenidən xəstəxanaya yerləşdirildi


20:12     23 Fevral 2018 2018/02/628074_1519387981.jpg

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Mərkəzi Klinik Xəstəxanasındadır (MKX).


Femida.az xəbər verir ki, Müsavat Partiyasının Mətbuat xidmətindən report-a verilən məlumata görə, İsa Qəmbər özünü yaxşı hiss edir və xəstəxanaya müayinəsini davam etdirmək üçün gedib. Məlumatda qeyd edilir ki, MKX-nin həkimləri İsa Qəmbərin bir neçə gün müddətində burada qalması və ürək-damar sisteminin gücləndirilməsi ilə bağlı tibbi prosedurlardan keçməsini tövsiyə ediblər.

Femida.az

Açar sözlər: #Müsavat   #İsaQəmbər   #xəstəxana  

Oxunub: 978