Teleqüllə yaxınlığında yeni cihazlar quraşdırılacaq
20:45 23 Fevral 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində tədqiqatlar aparmaq üçün yeni cihazlar - reperlər quraşdırmağı nəzərdə tutur.
Femida.az xəbər verir ki, bunu Trend-ə nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, ərazinin hazırki vəziyyəti orada tədqiqatların aparılması üçün mayakların quraşdırılmasına imkan vermir:
"Yer səthindəki çatlar elədir ki, orada mayakla hərəkətləri izləmək mümkün olmur. Yer səthində çox kiçik tərpəniş olan kimi gips mayaklar çatlayırdı. Səthdə böyük çatlar olduğu üçün artıq onların üzərində mayaklar qoymaq olmaz. Ona görə də üfüqi hərəkətləri izləmək üçün müşahidə nöqtələrində topoqrafik reperlər quraşdırmağı nəzərdə tuturuq. Bu reperlər vasitəsilə ərazidə lap 1-2 mm tərpəniş olduqda da onları qeyd etmək mümkün olur".
Hazırda ərazidə reperlərin quraşdırılması üçün işlərin aparıldığını deyən Ə.Qaralov qeyd edib ki, yeni cihazların quraşdırılması tədqiqatların daha dəqiqliklə aparılmasına imkan verəcək.
Ə.Qaralov hazırda Bayıl sürüşmə zonasında vəziyyətin sabit olduğunu söyləyib.
O, hazırda Bakıda Zığ sürüşmə zonasında, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazilərdəki sürüşmə sahələrindəki prosesdə aktivləşmə müşahidə edilir. Hazırda bu ərazilərdəki çatların parametrlərində çox az böyümə müşahidə edilir.
Femida.az
Oxunub: 813
Oxşar xəbərlər
- Ekologiya və təbii sərvətlər naziri beynəlxalq ictimaiyyətə çağırış edib
- Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərini təltif edib - SİYAHI
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyət verilib
- Bakıya qar nə vaxt yağacaq? - Ekologiya Nazirliyi açıqlama verdi
- Qarabağ üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsi təsis edilib
- İşğalçılar Qarabağda ekologiyaya ziyan vuran obyektlər inşa ediblər - RƏSMİ
- Sumqayıtda ekologiyanı pozan şirkət 8000 manatadək cərimələnəcək
- Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub
- DYP-nin “Ekologiya postu" sökülür
- Muxtar Babayev və müavinləri vətəndaşları qəbul edib