3 nəfər köməksiz vəziyyətdə qaldı


13:15     24 Fevral 2018 lift9.jpg

Paytaxtda liftdə köməksiz qalan 3 nəfər xilas edilib.


Femida.az Fövqəladə Hallar Nazirliyinin(FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Femida.az

Açar sözlər: #FHN   #Lift   #Bakı  

Oxunub: 393