Ayda su ehtiyatı tapılıb
16:30 25 Fevral 2018
ABŞ-ın Boulder şəhərində yerləşən Kosmik Tədqiqatlar İnstitutunun alimləri müəyyən ediblər ki, Ayda su təkcə qütb regionları deyil, peykin bütün səthində yayılıb.
Femida.az xəbər verir ki, bu barədə Nature Geoscience-də dərc olunmuş tədqiqata istinadən NASA məlumat yayıb.
Alimlər iki orbital zondun məlumatlarını təhlil edib belə nəticəyə gəliblər. NASA-da güman edirlər ki, bu nəticələr Aydakı sudan resurs kimi istifadənin mümkün olub-olmadığını anlamağa kömək edəcəklər. Əgər o, asan çıxarıla biləndirsə, o zaman Ayda məskunlaşacaq insanlar həmin sudan maye kimi istifadə edə, həmçinin oksigen hazırlaya biləcəklər.
“Məlum olub ki, Ayın bütün səthində su izləri var və onun mövcudluğu ay qruntunun tərkibindən asılı deyil”, - deyə, tədqiqatın həmüəllifi Coşua Bandfild bildirib.
Oxunub: 538
Oxşar xəbərlər
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- Bakıda xeyli sayda tutulan var - VİDEO
- Bu sayda erməni meyiti Azərbaycandadır
- DİN: "Son 2 ayda Şirvanda 77 nəfər saxlanılıb"
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Pelosinin təyyarəsinin uçuşunu rekord sayda insan izləyib
- Döyüş komandiri: Son 1 ayda Lisiçansk istiqamətində Rusiyanın 60 tankı məhv edilib
- Şuşada yaşayanlara tibbi xidmətlərin göstərilməsi qaydası açıqlanıb