Azərbaycan idmançıları beynəlxalq turnirdə qüvvəsini sınayır
21:40 25 Fevral 2018
Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçirilir.
Femida.az goal.az-a istinadən xəbər verir ki, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edir. 37 komandanın iştirak etdiyi turnirin ilk yarış günündə 18 güləşçimiz xalça üzərinə çıxıb. Güləşçilərimiz ilk yarış gününü 5 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Yunan-Roma güləşi üzrə 55 kq-da Eldəniz Əzizli, 63 kq-da Taleh Məmmədov və 82 kq-da Rafiq Hüseynov bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalını qazanıb.
82 və 97 kq-da mübarizə aparan Elvin Mürsəliyev və Orxan Nuriyev turnirin bürünc medalını qazanıb. Elvin Mürsəliyev həlledici görüşdə Ermənistan təmsilçisini, Orxan Nuriyev isə Belarus idmançısını məğlub edib. Sərbəst güləş üzrə 97 kq-da Nurməhəmməd Hacıyev və 57 kq çəki dərəcəsində mübarizə aparan Georgi Edişeraşvili final, Əfqan Xaşalov (57 kq) isə bürünc medal görüşlərini qələbə ilə başa vurub. 65 kq çəki dərəcəsində finala qədər bütün rəqiblərini üstələyən Hacı Əliyev həlledici görüşdə uduzub və turnirin gümüş medalına sahib olub. Qadın güləşi üzrə 65 kq-da mübarizə aparan İrina Netreba finala qədər bütün rəqiblərini üstələsə də, həlledici görüşdə Finlandiya təmsilçisi Petra Olliyə uduzaraq turnirin gümüş medalına yiyələnib. 50 kq çəkidə Türkan Nəsirova isə bürünc medal uğrunda görüşdə zədələndiyindən mübarizəni davam etdirə bilməyib və görüşü məğlub başa vurub.
Oxunub: 563
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- Azərbaycanda Olimpiya Kompleksində 15 idmançı zəhərlənib
- Gənclər və idman naziri yeni idarə rəisi təyin edib
- Dünyanın 37 ölkəsi Rusiya və Belarusu idmandan uzaqlaşdırmaq istəyir
- Məhkəmə İsmayıllı Olimpiya İdman Kompleksinin sabiq direktoru ilə bağlı qərar çıxarıb
- Gəncədə idman meydançasının yardımçı otağından oğurluq edilib
- Azərbaycanda yeni idman federasiyası yaradılıb
- “Qadağan etsəm də, məktəbə idman paltarı ilə getmişdi” - Şöbədə arvadını öldürən polis
- Zabit Səmədovun nokauta saldığı idmançı koronavirusdan ölüb