Balakəndə bıçaqlanma olub


03:27     26 Fevral 2018 bicaq5.jpg

Balakəndə bıçaqlanma olub.


Femida.az-ın xəbərinə görə, bu gün axşam saat 20 radələrində Balakən şəhər sakini 1989-cu il təvəllüdlü Ruslan Yura oğlu Şıxıyev qarnının ön divarının kəsilmiş-deşilmiş bıçaq yarası ilə Balakən Mərkəzi rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, Ruslan Şıxıyevin üzərində cərrahiyə əməliyatı aparılıb, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Balakən rayon Polis Şöbəsindən verilən məlumatda Ruslan Şıxıyevin bıçaqlanmısı faktı təsdiqlənib, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

Femida.az

Açar sözlər: Bıçaqlanma   Balakən  

Oxunub: 392