Qonşular arasında kütləvi dava: 2 nəfər bıçaqlandı (FOTO)
16:56 26 Fevral 2018
Sumqayıt şəhərində qonşular arasında kütləvi dava olub, 2 nəfər bıçaqlanıb.
Femida.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində baş verib.
Belə ki, həmin qəsəbədə qonşular arasında mübahisə düşüb. Sonradan bu mübahisə əlbəyaxa davaya çevrilib.
Nəticədə, 1997-ci il təvəllüdlü Emin Elmanoğlu Ömər və 2000-ci il təvəllüdlü İbrahim Xöşbəxt oğlu Cəfərov, qonşuları Coşqun adlı şəxs tərəfindən bıçaqlanıb. İ.Cəfərov 4, E.Ömər isə 2 ağır bıçaq zərbəsi alıb.
Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Əməliyyat olunan hər iki gəncin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdiriliblər.
Hadisəni törədən şəxs artıq saxlanılıb. Davanın hansı səbəbdən baş verməsi hələki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1277
Oxşar xəbərlər
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- Bakı-Sumqayıt qatarının hərəkət qrafiki müvəqqəti dəyişdirilir
- Sumqayıtda tanışını bıçaqlayaraq öldürən şəxs həbs olunub
- Sumqayıt sakini bıçaqlanaraq öldürülüb
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Sumqayıtda qumbara tapılıb
- Bu gün Bakı-Sumqayıt qatarının ləngiməsinin səbəbi açıqlanıb
- Bakı-Sumqayıt qatarının bayram günündə hərəkət qrafiki açıqlanıb
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb