Azərbaycanda 11 bankın Mərkəzi Banka borcu var


14:05     28 Fevral 2018 merkezi%20bank%20femida.png

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 21-i Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri barədə məlumat verib ki, bunlardan da 11-i tənzimləyici quruma borcludur.

Həmin banklar "Nikoyl Bank", "AGBank", "Xalq Bank", "Bank VTB Azərbaycan", "Bank BTB", "Atabank", "Bank of Baku", "Bank Silk Vey", "Access Bank", "PAŞA Bank" və "Günay Bank"dır.

Bu banklardan AMB-yə ən çox borclu olan "Nikoyl Bank" (40,3 milyon manat), ən az borclu olan isə "PAŞA Bank"dır (3,016 milyon manat).

Tənzimləyici quruma borclu olmadığını bəyan edən 10 bank isə "AFB Bank, "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", İran Milli Bankının Bakı filialı, "Kapital Bank", "Naxçıvan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan" və "Zıraat Bank Azərbaycan"dır.

9 bank - "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank Respublika", "Express Bank", "Muğan Bank", "Rabitə Bank", "Turan Bank" və "Unibank" ABM qarşısında öhdəlikləri barədə məlumat verməyib.

Femida.az

Açar sözlər: #bank   #borc   #MərkəziBank  

Oxunub: 658