Ermənistanda yüksək rütbəli hərbçi həbs olundu


18:04     01 Mart 2018 2018/03/ermenistan-mudafie_1519898860.jpg

Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Dərman Bazasından külli miqdarda oğurluq olub.


Femida.az-ın xəbərinə görə, Ermənistan Baş Prokurorluğunun məlumatında bildirilir ki, hərbi polisin apardığı araşdırma nəticəsində məlum olub ki, 2015-2017-ci illər ərzində N saylı hərbi hissədən (Mərkəzi Dərman Bazası) 40 milyon dram (təqribən 83 min ABŞ dolları) dəyərində dərman və avadanlıqlar oğurlanıb.

Faktla bağlı cinayət işi başlanıb, hərbi hissənin komandirinin müavini, mayor L. A. tutulub.

Femida.az

Açar sözlər: #Ermənistan   #Hərbçi  

Oxunub: 699