Azərbaycanda daha 15 əcnəbi saxlanıldı


20:18     01 Mart 2018 2018/03/55ffd4b361f80c0581732d9472c142da-800_1519906344_1519906827.jpg

Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir.


DMX-dən Femida.az-a verilən məlumata görə, qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 7 nəfər Pakistan, 6 nəfər Hindistan, 2 nəfər Şri Linka vətəndaşı olmaqla, ümumilikdə 15 əcnəbi saxlanılıb.

Araşdırma zamanı saxlanılan əcnəbilərdən 2 nəfər Hindistan və 2 nəfər Şri Linka vətəndaşının Azərbaycana guya biznes fəaliyyəti ilə məşğul olmaq adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.

Saxlanılan digər əcnəbilərin ölkə ərazisində olma və yaşama qaydalarını pozduqları aşkar edilib. Bununla da əcnəbilər tərəfindən Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib və barələrində müvafiq inzibati tədbirlər görülüb.

Femida.az

Açar sözlər: #Əcnəbi   #Hindistan   #Pakistan   #miqrasiya  

Oxunub: 614