63 nəfər donaraq ölüb - Polşada dəhşətli soyuqlar


19:38     03 Mart 2018 18_03_03_1520073289.jpg

Polşada havaların kəskin soyuması nəticəsində 63 nəfər ölüb.


AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşa Təhlükəsizlik Mərkəzi məlumat yayıb.

“Son 24 saat ərzində donvurmadan daha iki nəfər ölüb”, - deyə məlumatda qeyd olunur.

Ümumilikdə Polşada noyabrdan bəri donvurma nəticəsində 63 nəfər ölüb. Son həftə ərzində soyuqdan ölənlərin sayı 25-ə çatıb. Hazırda Polşada qış fəslinin ən soyuq günləri müşahidə olunur. Temperatur gündüz vaxtlarında ölkənin əksər regionlarında -10 dərəcə olur.

Açar sözlər: #Polşa   #Soyuq  

Oxunub: 592