NATO “Patriot” zenit-raket komplekslərini Polşaya göndərir


11:39     09 Mart 2022 22_03_09_1646800771.jpg

ABŞ Polşanın hava hücumundan müdafiəsini gücləndirir. “Patriot” zenit-raket kompleksləri Rusiyadan gələn hər hansı təhlükənin qarşısını almaq üçün ölkəyə köçürülür.

Bu barədə Femida.az “CNN”ə istinadən xəbər verir.

Qeyd olunub ki, ABŞ və NATO müttəfiqləri üçün potensial təhlükənin qarşısını almaq üçün Polşaya iki “Patriot” raket kompleksi batareyası göçürür.

ABŞ-ın Avropadakı qüvvələrinin nümayəndələrinin fikrincə, bu addım Rusiyanın hərbi təcavüzünün qarşısını almaq və NATO müttəfiqlərini razı salmaq məqsədi daşıyır.

Açar sözlər:

Oxunub: 430