Şagirdlər bir həftə dərsə getməyəcəklər


15:13     06 Mart 2018 mektebehazirliq.jpg

Novruz bayramı ilə əlaqədar Azərbaycan məktəblərində şagirdlər martın 20-dən etibarən dərsə getməyəcəklər.


Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, məktəbdə dərslər martın 27-də başlayacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür. Martın 27-si isə iş günüdür.

Xatırladaq ki, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili 1-5 may tarixlərində olacaq.

Femida.az

Açar sözlər: #Tətil   #bayram   #məktəb   #şagird  

Oxunub: 837